Azərbaycan Birinci Liqasında çıxış edən “Şahdağ Qusar” futbol klubu yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
İdman.Biz xəbər verir ki, bu barədə “Şahdağ Qusar” Futbol Klubu məlumat yayıb.
Bildirilir ki, komanda qapıçı Elməddin Sultanovla müqavilə imzalayıb. E.Sultanov növbəti mövsümü “Şahdağ Qusar”da keçirəcək.
“Qəbələ” futbol akademiyasının yetirməsi olan 25 yaşlı Sultanov əvvəllər “Baku Sportinq” klubunda çıxış edib.
