“Şamaxı” və “Turan Tovuz” 2500 manat cərimələnib

3 Noyabr 2026 12:47
98
“Şamaxı” və “Turan Tovuz” 2500 manat cərimələnib

Futbol üzrə Misli Premyer Liqasının 10-cu turunda “Şamaxı” və “Turan Tovuz” klubları meydana kənar şəxslər daxil olduğuna görə 2500 manat cərimələnib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Noyabrın 1-də keçirilən “Şamaxı” - “Neftçi” matçının fasiləsində meydana kənar şəxslər daxil olduğuna görə şamaxılılar 2500 manat cərimələnib. Həmçinin “Neftçi”nin fotoqrafı əsasnamənin tələblərini pozduğu üçün klub 500 manat cərimə olunub.

Noyabrın 2-də “Sumqayıt” - “Şəfa” görüşündə 5 futbolçusu sarı vərəqə alan qonaq komanda 700 manat cəriməyə məruz qalıb.

Oktyabrın 30-da baş tutan “Turan Tovuz” - “Sabah” matçı bitdikdən sonra meydana kənar şəxs daxil olduğu üçün Tovuz təmsilçisi 2500 manat cərimə olunub. Həmin oyunda 5 futbolçusu sarı vərəqə alan “Sabah” klubu isə 700 manat cərimələnib.

İdman.Biz
Məqalədə: