Bayıl stadionu təmirə bağlanacaq

3 Aprel 2026 11:33
167
Bayıl stadionu təmirə bağlanacaq

AFFA-nın balansında olan stadionların, milli komandaların məşq mərkəzinin və digər stadionların, məşq meydançalarının saxlanılmasına və yenidən bərpasına ayrılan vəsaitlər bəlli olub.

İdman.Biz xəbər verir ki, bu barədə milli assosiasiyanın hesabatında bildirilib.

Ümumi məbləğ 4 milyon 254 min 477 manat təşkil edib.

"Dalğa Arena" üçün 1 milyon 738 min 10 manat, Ağsu stadionuna 833 min 788 manat, Binə stadionuna 791 min 181 manat, "ASCO Arena"ya 328 min 477 manat, Milli Komandaların Məşq Mərkəzinə 303 min 42 manat, Şamaxı stadionuna 213 min 379 manat, Təhsil və reabilitasiya mərkəzinə 46 min 600 manat vəsait ayrılıb.

Bayıl stadionu isə may ayında - cari mövsüm başa çatdıqdan sonra təmirə bağlanacaq. AFFA-nın balansında olan arena təmirdən sonra uşaq və gənclər futbolu üçün istifadə olunacaq.

İdman.Biz