Andrey Kostiç 3,5 milyon avroya İtaliyada

31 Mart 2026 17:29
55
Andrey Kostiç 3,5 milyon avroya İtaliyada

İtaliyanın “Milan” futbol klubu heyətini gənc və perspektivli oyunçu ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, Belqradın “Partizan” klubunda çıxış edən Andrey Kostiç yay transfer pəncərəsində rəsmən İtaliya nəhənginin üzvü olacaq.

Tərəflər artıq transferin detalları ilə bağlı tam razılığa gəliblər. “Milan” bu keçid üçün Serbiya təmsilçisinə 3,5 milyon avro (7 milyon AZN) təzminat ödəyəcək. 18 yaşlı hücumçu ilə çoxillik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Kostiç Serbiya futbolunun ən parlaq istedadlarından biri hesab olunur. Hücumun müxtəlif mövqelərində çıxış edə bilən futbolçu, həmçinin Serbiya gənclər millisinin də əsas üzvlərindən biridir.

Xəbərdə qeyd olunur ki, gənc futbolçu cari mövsümün sonuna qədər “Partizan”da qalacaq və iyulun 1-dən etibarən “Milan”ın düşərgəsinə qoşulacaq.

İdman.Biz