UEFA “Lill”i Janna Darkın bannerinə görə cərimələdi

30 Mart 2026 10:15
92
UEFA “Lill”i Janna Darkın bannerinə görə cərimələdi

UEFA Fransanın “Lill” futbol klubunu azarkeşlərin nümayiş etdirdiyi bannerə görə cərimələyib.

İdman.Biz xəbər verir ki, hadisə Avropa Liqasının 1/8 final mərhələsində İngiltərənin Aston Villa klubuna qarşı keçirilən cavab oyunundan əvvəl baş verib.

“Lill” azarkeşləri matç öncəsi Janna Darkın təsviri olan nəhəng banner açıblar.

Bannerdə “Fransızlar heç vaxt ölmür”, “Qürurlu. Güclü. Qorxmaz” və “Janna qılıncı qaldırır və Lill döyüşməyə davam edir” kimi şüarlar yer alıb.

Lakin UEFA bu banneri, eləcə də meydançaya kənar əşyaların atılması daxil olmaqla digər qayda pozuntularına görə “Lill” klubunu 82 750 avro məbləğində cərimələyib.

İdman.Biz
Məqalədə: