“Kəpəz”dən ayrılan Sadiq Şəfiyev yeni mövsümdə müqavilə ilə məxsus olduğu “Turan Tovuz”un formasını geyinməyəcək.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, Tovuz təmsilçisi 20 yaşlı hücumçunu heyətdə saxlamağı planlaşdırmır.
Bu səbəbdən futbolçu yay “transfer pəncərəsi”ndə özünə yeni klub axtarışına çıxacaq.
Qeyd edək ki, Sadiq Şəfiyev ötən mövsümü icarə əsasında “Kəpəz”də keçirib. 20 yaşlı hücumçu bu mövsüm Gəncə komandasının heyətində 13 matça çıxıb və bir qol vurmağı bacarıb.
