Markuş Reşford uğrunda nəhənglərin yarışı başlayır

30 Mart 2026 03:35
137
Markuş Reşford uğrunda nəhənglərin yarışı başlayır

İngiltərənin “Mançester Yunayted” futbol klubuna məxsus olan və hazırda icarə əsasında “Barselona”da çıxış edən Markuş Reşfordun gələcəyi Avropanın digər nəhəng klublarının diqqət mərkəzindədir. PSJ və “Milan” ingiltərəli futbolçunun ətrafındakı vəziyyəti yaxından izləyir.

İdman.Biz “Mundo Deportivo” nəşrinə istinadla xəbər verir ki, hər iki klub Reşfordun “Barselona” ilə daimi müqavilə imzalamayacağı təqdirdə hərəkətə keçməyə hazırdır.

Hazırda kataloniyalılar futbolçunun performansından razı qalsalar da, maliyyə məsələləri və transfer şərtləri hələ tam dəqiqləşməyib. Əgər İspaniya klubu transfer hüququnu birdəfəlik almaqdan imtina edərsə, PSJ onu Kilian Mbappenin gedişindən sonra hücum xəttini gücləndirmək üçün əsas namizəd hesab edir. “Milan” isə Reşfordu hücumda liderlik edə biləcək əsas sima kimi görür.

Markuş Reşford “Barselona”da özünü yenidən tapmağa çalışır. İngiltərəli forvardın həm cinahda, həm də mərkəz hücumçusu kimi oynamaq bacarığı onu transfer bazarında ən cəlbedici oyunçulardan birinə çevirir.

İdman.Biz