“Sərhədçi” “Sumqayıt”ı məğlub edib - YENİLƏNİB

28 Mart 2026 22:57
813
“Sərhədçi” “Sumqayıt”ı məğlub edib - YENİLƏNİB

“Sərhədçi” komandası Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - 20-ci turunda qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, klub “Sumqayıt”ı məğlub edib - 93:89.

Matç “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilib.

20:11

“Ordu” komandası Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - 20-ci turunda qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, klub Bakıda “Lənkəran”ı məğlub edib - 107:65.

Matç “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilib.

17:40

“Naxçıvan” komandası Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - 20-ci turunda qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, B qrupunda yer alan bölgə təmsilçisi səfərdə “Quba”nı məğlub edib - 103:96.

Qarşılaşma Quba Olimpiya Kompleksində keçirilib.

“Naxçıvan” 36 xalla ikinci, “Quba” 27 xalla üçüncü pillədə qərarlaşıb.

Bu gün B qrupunda həmçinin “Ordu” - “Lənkəran” və “Sərhədçi” - “Sumqayıt” görüşləri baş tutacaq.

09:43

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son - 20-ci turuna start verilir.

İdman.Biz xəbər verir ki, bu gün B qrupunda çıxış edən komandalar növbəti oyunlarına çıxacaqlar.

Günün ilk qarşılaşması saat 15:00-da baş tutacaq. Quba Olimpiya Kompleksində “Quba” komandası “Naxçıvan”la üz-üzə gələcək.

Digər görüşlər isə “Sərhədçi” İdman Mərkəzində keçiriləcək. Saat 17:00-da “Ordu” ilə “Lənkəran” münasibətlərinə aydınlıq gətirəcək. Günün son matçında isə saat 20:00-da “Sərhədçi” “Sumqayıt”ı qəbul edəcək.

Qeyd edək ki, 19 oyundan sonra turnir cədvəlinin B qrupunda “Ordu” 36 xalla liderdir. “Naxçıvan” (34 xal) ikinci, “Sərhədçi” (26 xal) üçüncü, “Sumqayıt” (26 xal) dördüncü, “Quba” (26 xal) beşinci, “Lənkəran” (23 xal) altıncıdır.

İdman.Biz