Bu gün “Neftçi”nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində 1/4 final oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv Monqolustan millisi ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 12:15-də start götürəcək. Bu matçın qalibi yarımfinalda ABŞ - “Ulan-Bator Amazons” (Monqolustan) duelinin güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, “Neftçi” ötən gün B qrupunda Polşa (22:14) və Çin (19:17) yığmalarına qalib gəlib.
