“Neftçi” basketbol komandasının Dünya Seriyası üçün heyəti bəlli olub

6 May 2026 20:05
158
“Neftçi” basketbol komandasının Dünya Seriyası üçün heyəti bəlli olub

“Neftçi” basketbol komandasının FIBA 3x3 Dünya Seriyasının Manila mərhələsi üçün heyəti açıqlanıb.

İdman.Biz Azərbaycan Basketbol Federasiyasına istinadən məlumat verir ki, turnirdə Azərbaycan təmsilçisi Brianna Freyzer, Aleksandra Mollenhauer, Dina Ulyanova və yeni transfer Aoi Katsura ilə mübarizə aparacaq.

Yarış mayın 7-də başlayacaq.

Paytaxt təmsilçisi B qrupunda Polşa və Çin yığmaları ilə qarşılaşacaq.

İdman.Biz