“Sabah” baş məşqçi Rimas Kurtinaytisin tapşırıqlarını düzgün yerinə yetirdiyi üçün Azərbaycan Basketbol Liqasında çempion olub”.
Bunu “Sabah”ın basketbolçusu Kamran Məmmədov deyib.
O, arxada qalan mövsümün çətin keçdiyini bildirib.
“Düşünürəm ki, final seriyasının “Abşeron Lions”a qarşı üçüncü oyununa yaxşı başladıq. Gərgin mübarizə şəraitində keçən matçı yaxşı sonluqla bitirə bildik. Rəqibin heyətində zədəli basketbolçular var idi və bu məqamdan maksimum yararlandıq. Həm bu görüşdə, həm də mövsüm boyu baş məşqçimiz Rimas Kurtinaytisin tapşırıqlarını düzgün yerinə yetirərək çempion olduq. Bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm”, - deyə o, report.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının final seriyasının hər üç oyununda “Abşeron Lions”u məğlub edən (98:93, 112:84, 108:95) “Sabah” 2025/2026 mövsümünün çempionu olub.
