İdman direktoru: “Üç və ya dörd komandanın avrokuboklarda iştirak edəcəyini düşünürəm”

6 May 2026 12:03
139
İdman direktoru: “Üç və ya dörd komandanın avrokuboklarda iştirak edəcəyini düşünürəm”

“Azərbaycandan üç və ya dörd komandanın avrokuboklarda iştirak edəcəyini düşünürəm”.

Bu sözləri Azərbaycan Basketbol Federasiyasının idman direktoru Turqay Zeytingöz deyib.

Türkiyəli funksioner bununla bağlı danışıqlar aparacaqlarını bildirib.

“Hazırda yerli komandalarla görüşlərimiz davam edir. FIBA ilə də danışıqlarımız olacaq. Amma mövsüm yeni bitib və görüşləri yeni başladıq. İndidən dəqiq nəsə demək çətindir. Komandalarımızın hədəflərini də öyrənmək lazımdır”, - deyə o, AZƏRTAC-a açıqlamasında söyləyib.

Xatırladaq ki, bu mövsüm Azərbaycanı Çempionlar Liqasında “Sabah”, Avropa Kubokunda isə “Neftçi” ilə “Abşeron Lions” təmsil edib.

İdman.Biz