Basketbol üzrə Avroliqanın dörddəbir finalının növbəti oyunu keçirilib.
İdman.Biz bildirir ki, “Monako” Yunanıstanın “Olimpiakos” komandasını qəbul edib.
Qonaq komanda ev sahibi komandanı 82:105 (17:26; 23:35; 24:21; 18:23) hesabı ilə məğlub edərək Avroliqanın “Dördlər Finalına” vəsiqə qazanan ilk komanda olub.
Matçın ən yaxşı oyunçusu “Monako”nun müdafiəçisi Matye Strazel, “Olimpiakos”un ən effektiv oyunçusu isə Evan Furnye olub.
