“Neftçi”nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində 1/4 finala yüksəlib.
İdman.Biz xəbər verir ki, “ağ-qaralar” B qrupunda keçirdiyi hər iki matçda qələbə qazanıb.
Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv Polşanı 22:14, Çini isə 19:17 hesabı ilə üstələyib.
Təmsilçimiz 1/4 finalda Monqolustan millisi ilə qarşılaşacaq. Oyun sabah Bakı vaxtı ilə saat 12:15-də baş tutacaq.
Qeyd edək ki, turnirə mayın 8-də yekun vurulacaq.
12:42
“Neftçi”nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsinə qələbə ilə start verib.
İdman.Biz xəbər verir ki, “ağ-qaralar” B qrupunda Polşa yığması ilə qarşılaşıb.
Görüş Azərbaycan təmsilçisinin qalibiyyəti ilə yekunlaşıb - 22:13.
“Neftçi” bu gün Çin millisi ilə də üz-üzə gələcək.
Qeyd edək ki, turnirə mayın 8-də yekun vurulacaq.
09:39
Bu gün “Neftçi”nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçiriləcək Dünya Seriyasının mərhələsində mübarizəyə başlayır.
İdman.Biz xəbər verir ki, “ağ-qaralar” B qrupunda mübarizə aparacaq.
Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv Bakı vaxtı ilə saat 11:20 Polşa, 15:30-da isə Çinlə qarşılaşacaq.
Qeyd edək ki, turnirə mayın 8-də yekun vurulacaq.
