“Real” Avroliqanın “Dördlər Finalı”na vəsiqə qazanıb

8 May 2026 00:27
152
“Real” Avroliqanın “Dördlər Finalı”na vəsiqə qazanıb

Bolqarıstandakı “Botevqrad Arena”da “Hapoel Təl-Əviv”lə “Real Madrid” basketbol klubları arasında Avroliqanın dörddəbir final matçı keçirilib.

İdman.Biz bildirir ki, İspaniya komandası oyunu 87:81 (23:21; 23:15; 17:17; 24:28) qazanaraq seriyanı 3:1 hesabı ilə tamamlayıb.

Matçın ən yaxşı oyunçusu “Hapoel”dən, amerikalı Daniel Oturu olub və o, matçda 29 xal toplayıb.

“Real Madrid”in ən effektiv oyunçusu 16 xal toplayan ispan Usman Qaruba olub.

Hazırkı Avroliqa çempionu “Fənərbağça”dır.

İdman.Biz
Məqalədə: