Azərbaycan basketbolu növbəti mövsümdə FIBA Basketbol Çempionlar Liqası turnirində iki klubla təmsil olunacaq.
İdman.Biz xəbər verir ki, ölkə çempionu “Sabah” BK ardıcıl ikinci mövsüm qitənin nüfuzlu klub turnirinin müntəzəm mövsümündə mübarizə aparacaq.
Bununla yanaşı, “Landau Lions” da yeni adla (əvvəlki adı “Absheron Lions” - red.) ilk dəfə Avropa arenasında çıxış edəcək. Komanda FIBA Basketbol Çempionlar Liqası yarışına təsnifat mərhələsindən start verəcək.
