“Sabah” BK latviyalı basketbolçu ilə yollarını ayırıb

24 İyun 2026 23:17
84
“Sabah” BK latviyalı basketbolçu ilə yollarını ayırıb

“Sabah” Basketbol Klubu Klavs Cavars ilə əməkdaşlığın başa çatdığını bildirib.

İdman.Biz bu barədə klubun matbuat xidmətinə istinadən bildirir.

“Klavs Cavars “Sabah” forması ilə keçirdiyi müddətdə əzmkarlığı, mübarizəsi və meydandakı fədakar oyunu ilə komandamızın vacib oyunçularından biri olmuşdur. Onun təcrübəsi və peşəkar yanaşması klubumuzun qazandığı uğurlarda öz izini qoymuşdur.

Klub Klavs Cavarsa “Sabah” ailəsinin bir üzvü olduğu müddətdə göstərdiyi səylərə görə təşəkkür edir və ona gələcək karyerasında yeni uğurlar arzulayırıq!”, - klubun açıqlamasında bildirilir.

Klavs “Sabah”a 2024/2025 və 2025/2026 mövsümlərində Azərbaycan Basketbol Liqasında (ABL) qızıl medal qazanmağa kömək edib.

30 yaşlı basketbolçu Latviya millisinin oyunçusudur.

İdman.Biz