Basketbol millimiz Belarusla iki yoldaşlıq oyunu keçirib

23 İyun 2026 00:03
87
Basketbol millimiz Belarusla iki yoldaşlıq oyunu keçirib

Millimiz Avropa çempionatı 2029-un ilkin seçmə mərhələsinin son oyunlarına hazırlıq çərçivəsində Belarus yığması ilə iki yoldaşlıq oyununu başa vurub.

İdman.Biz bildirir ki, iyunun 20-də keçirilən ilk görüşdə Belarus millisi 74:50 hesabı ilə qələbə qazanıb.

İyunun 22-də keçirilən ikinci görüşdə də belaruslar üstün olublar - 92:67.

İyulun 2-də millimiz səfərdə Lüksemburqla qarşılaşacaq. İyulun 5-də isə Bakıda İrlandiyanı qəbul edəcək.

İdman.Biz