Azərbaycanın “Sabah” basketbol klubu Andrey Voinaloviç ilə əməkdaşlığa son qoyub.
İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi legioner basketbolçu, Ukrayna millisinin üzvü ilə yolların ayrıldığını açıqlayıb. Klub oyunçuya “Sabah”da keçirdiyi müddətdə göstərdiyi peşəkarlığa və komandaya verdiyi töhfəyə görə təşəkkür edib.
Andrey Voinaloviç “Sabah” formasında çıxış etdiyi dövrdə komandanın vacib üzvlərindən biri olub. O, həm meydandakı sabit oyunu, həm də kollektiv daxilindəki münasibəti ilə seçilib.
