“Absheron Lions” yeni adla çıxış edəcək

25 İyun 2026 22:00
87
“Absheron Lions” yeni adla çıxış edəcək

“Absheron Lions” basketbol klubunun adı dəyişdirilib.

İdman.Biz bu barədə klubun mətbuat xidmətinə istinadən bildirir.

“Ötən mövsümü ölkə çempionatının gümüş mükafatçısı kimi başa vuran komandamız yeni basketbol mövsümündə fəaliyyətini yeni ad altında davam etdirəcək. Belə ki, indiyədək “Absheron Lions” adı ilə çıxış edən kollektiv bundan sonra “Landau Lions” adı ilə mübarizə aparacaq.

Bu dəyişiklik klubun inkişaf strategiyasının və yeni hədəflərinin bir hissəsidir. Eyni əzmkarlıq, eyni ruh və daha böyük məqsədlərlə yeni mövsümə qədəm qoyuruq”, - məlumatda deyilir.

İdman.Biz