Azərbaycanın qızlardan ibarət U-18 basketbol millisi Avropa çempionatının B divizionunda son oyununu keçirib.
İdman.Biz xəbər verir ki, millimiz Rumıniyanın Tulça şəhərində təşkil olunan yarışda 17-20-ci yerlər uğrunda Norveç yığması ilə qarşılaşıb.
Azərbaycan seçməsi çempionatdakı son matçında rəqibini 77:48 hesabı ilə məğlub edib.
Görüşün ən dəyərli basketbolçusu (MVP) Azərbaycan millisinin üzvü Polina Şukina olub. O, qarşılaşmanı 25 xal və 22 ribaundla tamamlayıb.
Qeyd edək ki, Avropa çempionatının B divizionundakı çıxışını başa vuran U-18 qız millimiz 20 komanda arasında 17-ci yeri tutub.
10:02
U-18 qızlardan ibarət Azərbaycan basketbol millisi FIBA U18 Qadınlar arasında Avropa çempionatının B divizionunda son oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, yığmamız Norveç millisi ilə qarşılaşacaq.
Azərbaycan komandası təsnifat mərhələsində ardıcıl iki qələbə qazanıb. Millimiz əvvəl Şimali Makedoniyanı 75:73, daha sonra Estoniyanı 74:71 hesabı ilə məğlub edib.
Bu nəticələrdən sonra Azərbaycan yığması iki qələbə ilə qrupda lider mövqedə qərarlaşıb və turnirdəki son qarşılaşmasını da uğurla başa vurmağa çalışacaq.
Azərbaycan - Norveç oyunu 9 avqustda Rumıniyanın Tulça şəhərində keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.
