NTD üç yerli basketbolçunu heyətinə qatıb.
İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Hüseyn Qaflanov, Maqsud Hümmətov və Məhəmməd Hüseynli ilə anlaşma əldə olunub.
Onların müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, gənc basketbolçular peşəkar karyeralarına məhz NTD-də başlayıblar.
