"İstənilən idman növündə dayanıqlı nəticə əldə etmək üçün müəyyən zamana ehtiyac var. Xüsusən son beş il ərzində işimizi nizamlı və doğru qurmağa çalışmışıq. Bizim baxışımız ondan ibarətdir ki, məntiqi ardıcıllıq olmalıdır və prioritetləri doğru müəyyən etməliyik".
İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev ABF 2025/2026-cı ilin yekunların dair illik hesabat tədbirində çıxış edərkən deyib
Federasiya rəhbəri qeyd edib ki, basketbol ictimaiyyəti bu idman növünü xalqımıza daha yaxından tanıtmalı, insanların oyun qaydaları və basketbol haqqında məlumatlılığını artırmalıdır.
E.Əmrullayev növbəti hədəflərin klubların sayını artırmaq, aşağı liqalarda çıxış edən komandaların səviyyəsini yüksəltmək olduğunu bildirib. Onun sözlərinə görə, əsas məqsəd basketbolun dayanıqlı inkişafını təmin etməkdir.
16:35
Azərbaycan Basketbol Federasiyasının 2025/2026-cı ilin yekunların dair illik hesabat tədbiri başlayıb.
İdman.Biz xəbər verir ki, ABF-in mətbuat xidmətinin rəhbəri Sənan Əliyev 2025/2026-cı ilin hesabatını təqdim edir.
