Basketbolda İkinci Liqanın iştirakçıları müəyyənləşdi

29 Sentyabr 2026 17:29
94
Basketbolda İkinci Liqanın iştirakçıları müəyyənləşdi

Basketbol üzrə Azərbaycan İkinci Liqasında mübarizə aparacaq komandalar müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirində məlumat verilib.

2-ci Liqada “Alov”, AzTU, “Şəki”, “Alov Basket”, ASA (Azərbaycan İdman Akademiyası) və “Lənkəran” komandaları mübarizə aparacaq.

Qeyd edək ki, Basketbol üzrə Azərbaycan İkinci Liqası yeni yaradılıb və bu mövsümdən etibarən fəaliyyət göstərəcək.

İdman.Biz
Məqalədə: