“Sabah” Basketbol Klubu 2026/2027 mövsümündə FIBA Basketbol Çempionlar Liqasının müntəzəm mövsümündə iştirak edəcək.
İdman.Biz klubun mətbuat xidmətinə istinadən bildirir ki, “Sabah” ardıcıl olaraq ikinci mövsümdə Avropanın nüfuzlu klub turnirinin əsas mərhələsində Azərbaycanı təmsil edəcək.
FIBA Basketbol Çempionlar Liqasında iştirak edəcək bütün komandalar və qrupların püşkatma mərasimi daha sonra açıqlanacaq.
