“Neftçi” İdman Klubunun nümayəndə heyəti icraçı direktor Fərəc Əliyevin rəhbərliyi ilə Türkiyənin İzmir şəhərinə səfər edərək “Aliağa Petkim Spor” komandası ilə əməkdaşlıq imkanlarını müzakirə edib.
İdman.Biz report.az-a istinadən xəbər verir ki, görüşlər çərçivəsində tərəflər əsasən basketbol növü üzrə inkişaf perspektivləri, birgə təlim-məşq toplanışlarının təşkili, gənc idmançıların hazırlanması və digər müvafiq məsələlər barədə fikir mübadiləsi aparıblar.
Səfər nəticəsində iki klub arasında gələcəkdə birgə layihələrin icra edilməsi, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi və münasibətlərin davamlı inkişafı barədə razılıq əldə olunub.
