Avroliqanın dörddəbir finalının “Jalgiris”lə “Fənərbağça”arasındakı oyunu başa çatıb.
İdman.Biz bildirir ki, oyun “Fənərbağça”nın 94:90 hesablı qələbəsi ilə başa çatıb (20:25, 22:22, 20:14, 18:19, 10:14).
Türkiyə klubu seriyanı 3:1 hesabı ilə qazanıb və “Dördlər Finalı”na yüksəlib.
“Jalgiris”in ən məhsuldar oyunçusu fransız hücumçu Silven Fransisko olub.
“Fənərbağça”nın ən yaxşı oyunçusu kanadalı hücumçu Kem Börç olub.
