U-21 futbol millimizdən Bakıda ağır məğlubiyyət - YENİLƏNİB + VİDEO

27 Mart 2026 17:04
904
U-21 futbol millimizdən Bakıda ağır məğlubiyyət - YENİLƏNİB + VİDEO

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

İdman.Biz xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi yığma Bakıda Portuqaliya millisini qəbul edib.

“Palms Sports Arena”da baş tutan qarşılaşmada qonaq komanda üstün oyun nümayiş etdirərək qələbə qazanıb.

Portuqaliya ikinci hissədə fərqlənib: 51-ci dəqiqədə Gonçalo Moreira hesabı açıb. 54-cü dəqiqədə Tiago Parente komandasının ikinci qolunu vurub. 67-ci dəqiqədə Youssef Chermiti və 76-cı dəqiqədə Joao Simoes fərqlənərək yekun nəticəni müəyyənləşdiriblər - 0:4.

Qeyd edək ki, Azərbaycanın U-21 millisi B qrupunda altı komanda arasında beş xalla beşinci pillədə qərarlaşıb. Portuqaliya 16 xalla liderdir.

Xatırladaq ki, Azərbaycanın U-19 millisi də Avropa çempionatının seçmə mərhələsində Litvaya 0:4 hesabı ilə məğlub olub.

15:29

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

İdman.Biz xəbər verir ki, baş məşqçi Rəşad Eyyubovun rəhbərlik etdiyi komanda Bakıda Portuqaliya yığması ilə qarşılaşır.

14:51

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası U-21 millimizin start heyətini açıqlayıb.

İdman.Biz xəbər verir ki, gənclərdən ibarət yığmamız Portuqaliya ilə keçiriləcək qarşılaşmaya aşağıdakı “11-lik”lə çıxacaq:

Xəyal Fərzullayev (qapıçı), Eşqin Əhmədov, Rüfət Abbasov, Emin Rüstəmov (kapitan), Murad Məmmədov, Edqar Ədilxanov, Nahid Əliyev, Raul Məmmədov, Oruc Məmmədov, Əkbər Eyubov və Şahin Şahniyarov.

Komandanın baş məşqçisi Rəşad Eyubovdir.

Qeyd edək ki, Azərbaycanın U-21 millisi B qrupunda altı komanda arasında beş xalla beşinci pillədə qərarlaşıb. Portuqaliya 13 xalla liderdir.

09:45

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, baş məşqçi Rəşad Eyyubovun rəhbərlik etdiyi komanda Bakıda Portuqaliya yığması ilə qarşılaşacaq.

“Palms Sports Arena”da baş tutacaq görüş saat 15:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycanın U-21 millisi B qrupunda altı komanda arasında beş xalla beşinci pillədə qərarlaşıb. Portuqaliya 13 xalla liderdir.

İdman.Biz