“Mançester Siti” Enzo Fernandesin transferini bitirməyə yaxındır

1 Sentyabr 2026 16:31
79
“Mançester Siti” Enzo Fernandesin transferini bitirməyə yaxındır

İngiltərənin “Mançester Siti” futbol klubu “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandesin transferini başa çatdırmağa yaxındır.

İdman.Biz xəbər verir ki, argentinalı futbolçunun keçidi ilə bağlı klublar arasında danışıqlar son mərhələyə çatıb.

Məlumata görə, transferin ümumi dəyəri təxminən 140 milyon avro (227 milyon AZN) təşkil edə bilər. 25 yaşlı futbolçunun yaxın saatlarda Mançesterə yollanaraq tibbi müayinədən keçməsi və keçidi rəsmiləşdirməsi gözlənilir.

Enzo Fernandes daha əvvəl “Mançester Siti” ilə şəxsi müqavilə şərtləri üzrə razılıq əldə edib. Bildirilir ki, o, yeni klubu ilə beş illik müqavilə imzalaya bilər və anlaşmada daha bir mövsüm uzatma variantı nəzərdə tutulacaq.

Argentina millisinin üzvü 2023-cü ilin yanvarından “Çelsi”də çıxış edir. London klubu onu “Benfika”dan 121 milyon avroya transfer edib.

Transfer rəsmiləşərsə, Enzo Fernandes İngiltərə Premyer Liqası tarixinin ən bahalı keçidlərindən birinə çevriləcək.

İdman.Biz