“Qalatasaray”a uduzan “Kasımpaşa” rəqibini darmadağın etdi

18 Oktyabr 2026 17:09
106
“Qalatasaray”a uduzan “Kasımpaşa” rəqibini darmadağın etdi

Türkiyənin “Kasımpaşa” futbol komandası Superliqanın səkkizinci turunda “Samsunspor” üzərində 4:1 hesablı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, İstanbulun “Rəcəb Tayyib Ərdoğan” stadionunda keçirilən qarşılaşmada meydan sahibləri böyükhesablı qələbəyə seviniblər.

Matçın 27-ci dəqiqəsində Klaudio Vink hesabı açıb. Cəmi dörd dəqiqə sonra Adem Arus fərqi iki topa çatdırıb.

Qonaqlar 45-ci dəqiqədə Tanqi Kulibalinin qolu ilə hesab arasındakı fərqi azaldıblar.

İkinci hissədə “Samsunspor”un daha bir qolu qeydə alınsa da, Kulibalinin 58-ci dəqiqədə vurduğu top VAR yoxlamasından sonra ofsayd səbəbindən ləğv edilib.

“Kasımpaşa”nın heyətində 64-cü dəqiqədə yenidən Adem Arus fərqlənərək dublunu rəsmiləşdirib. Qarşılaşmanın 78-ci dəqiqəsində isə Adrian Benedıçak yekun hesabı müəyyənləşdirib - 4:1.

Bu nəticə ilə “Kasımpaşa” ötən turda “Qalatasaray”a 1:3 hesablı məğlubiyyətdən sonra yenidən qələbə qazanıb. İstanbul təmsilçisi xallarının sayını 13-ə çatdırıb.

“Samsunspor”un yeni baş məşqçisi Nenad Byelitsa isə komandadakı ilk oyununda məğlubiyyətlə üzləşib. Ardıcıl altıncı qarşılaşmasında qələbə qazana bilməyən Samsun təmsilçisi dörd xalla qalıb.

İdman.Biz