İngiltərənin “Çelsi” futbol klubunun hücumçusu Mark Giu karyerasını Almaniyada davam etdirəcək.
İdman.Biz xəbər verir ki, “Leypsiq” ispaniyalı futbolçunun transferini rəsmən açıqlayıb. 20 yaşlı forvard yeni klubu ilə 2031-ci ilədək müqavilə imzalayıb və 9 nömrəli forma ilə çıxış edəcək.
“Barselona”nın yetirməsi olan Giu əsas komandada debütünü 2023-cü ilin oktyabrında, 17 yaşında edib. O, 2024-cü ilin yayında Kataloniya klubundan “Çelsi”yə keçib.
İspaniyalı hücumçu London təmsilçisinin heyətində keçirdiyi iki mövsüm ərzində bütün turnirlərdə 29 oyuna çıxıb və səkkiz qol vurub.
