Didye Deşamdan ABŞ-yə sərt tənqid

29 Mart 2026 23:28
103
Didye Deşamdan ABŞ-yə sərt tənqid

Fransa milli komandasının baş məşqçisi Didye Deşam Braziliya və Kolumbiya ilə yoldaşlıq oyunları üçün ABŞ-yə etdikləri səfər zamanı qarşılaşdıqları çətinliklərdən danışıb.

İdman.Biz “Goal” nəşrinə istinadla xəbər verir ki, təcrübəli mütəxəssis logistik problemlər və həddindən artıq gücləndirilmiş təhlükəsizlik tədbirlərinə görə təşkilatçıları tənqid edib.

Deşam hava limanında keçirdikləri vaxtın dözülməz olduğunu vurğulayıb:

“Oraya çatanda hava limanında inanılmaz dərəcədə çox vaxt itirdik. Bizi ömrümdə görmədiyim bir şəkildə yoxladılar. Bu cür prosedurlar komandanın enerjisini tükədir”.

Fransalı mütəxəssis qeyd edib ki, komandanın Bostonda olması dünya çempionatı (DÇ-2026) öncəsi vacib təcrübədir:

“Bostona səfərimiz bizim üçün əhəmiyyətli idi, çünki dünya çempionatında orada oynayacağıq. Bu cür çətinlikləri minimuma endirməli və şəraitə uyğunlaşmalıyıq. Uçuşlar və adaptasiya prosesi ciddi yanaşma tələb edir”.

Deşam həmçinin yay aylarında gözlənilən hava şəraitinə də toxunub. O, isti havanın futbolçuların fiziki durumuna təsir edəcəyini bildirib:

“Yayda əlavə istilik olacaq və futbolçuların bərpası əsas faktor rolunu oynayacaq. Meydandan kənarda baş verən hadisələrə daha az enerji sərf etməyə çalışacağıq”.

İdman.Biz