Qurban Qurbanov: “Qarabağ” üçün uğurlu bir mövsüm oldu”

Qurban Qurbanov: “Qarabağ” üçün uğurlu bir mövsüm oldu”

“Hər iki komandanın oyunçuları yaxşı oyun göstərdilər. Bütün komandalara təşəkkür etmək istəyirəm. Maraqlı çempionat oldu”.

İdman.Biz bildirir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının son turunda “Sumqayıt”la oyundan sonra deyib.

Matç 4:3 hesabı ilə “Qarabağ”ın xeyrinə qurtarıb.

“Bizim işimiz hələ davam edir. Transfer dönəmi və növbəti mövsüm üçün hazırlıqlarımız olacaq. 2-ci pillədə olmağımıza baxmayaraq yaxşı bir mövsüm keçirdik. Bu da bizim üçün təcrübə idi.

Ümumi götürsək, “Qarabağ” üçün uğurlu bir mövsüm oldu. Çempionlar Liqasında irəliləyişimiz və pley-off mərhələsində oynamağımız Azərbaycan futbolu üçün də bir uğur oldu”, - Qurbanov bildirib.

“Qarabağ” 69 xalla mövsümü 2-ci yerdə başa vurub.

İdman.Biz