“Maraqlı bir oyun alındığını düşünürəm. Çox qol vuruldu və bir o qədər də qol epizodları ilə yadda qalan bir matç oldu. Yenə də, səhvlərimizdən qollar buraxdıq”.
İdman.Biz bildirir ki, “Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının son turunda “Qarabağ”la oyundan sonra bu sözləri deyib.
Matç 4:3 hesabı ilə “Qarabağ”ın xeyrinə qurtarıb.
“Buranın insanları çox gözəldir. Buradan ayrılsam da, gözəl təəssüratlarla ayrılıram. “Sumqayıt” “top klub” olmasa da, çalışdıq ki, daha yaxşı yerlərdə olaq. Müqaviləm başa çatır, lakin yenə də rəhbərliklə bu barədə danışığımız olacaq. Komandada dəyişikliyə ehtiyac var. Hazırki futbolçuların pis olduğunu demirəm, ancaq reallıq var. Səviyyəli komanda yaratmaq istəyiriksə, minimum səhvlər olmalıdır”, - İliç bildirib.
“Sumqayıt” 41 xalla mövsümü 7-ci yerdə başa vurub.
