“Maraqlı oyun oldu. Təəssüflər olsun ki, qol epizodlarını dəyərləndirə bilmədik. Elə oyundur ki, futbolçularıma pis heç nə deyə bilmərəm. Var gücləri ilə oynadılar. Gənc futbolçulara şans vermək üçün imkan var idi. Onları meydana buraxdıq”.
İdman.Biz bildirir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının son turunda “Sabah”la oyundan sonra deyib.
Oyun “Sabah”ın 2:1 hesablı qələbəsi ilə bitib.
Berdıyev mövsümü dəyərləndirib və qarşıdakı hədəflərdən də danışıb: “Ümumilikdə uğurlu mövsüm kimi qiymətləndirirəm. Amma bəzi bərabərsəviyyəli oyunlar oldu ki, xallar itirdik.
Bu mövsüm göstərdi ki, heyətin möhkəmləndirilməsi vacibdir. “Sabah” bunu sübut etdi. Çox güclü heyət yığdılar.
Onların yaxşı baş məşqçiləri var. Nəticədə çempion oldular. Biz də heyəti gücləndirməyə çalışacağıq. Amma büdcəmizin buna nə qədər imkan verəcəyini demək çətindir. Maliyyə imkanlarımızın necə olduğunu gözəl başa düşürük”.
“Turan Tovuz” 59 xalla çempionatı üçüncü yerdə başa vurub.
