“Barselona” bu yay Bastonini transfer etməyəcək – mənbə

23 May 2026 01:54
130
“Barselona” bu yay Bastonini transfer etməyəcək – mənbə

“İnter”in 27 yaşlı müdafiəçisi Alessandro Bastoni bu yay “Barselona”ya keçməyəcək.

İdman.Biz bildirir ki, bu barədə sosial şəbəkədə insayder Rəşad Rəhman məlumat verib.

Onun sözlərinə görə, Kataloniya klubu bir sıra texniki və iqtisadi amillərə görə italyan müdafiəçini izləməkdən imtina edib.

Ötən mövsüm Bastoni bütün yarışlarda 40 oyun keçirib, iki qol vurub və altı məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 70 milyon avrodur. Onun Milan klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. 2025/26 mövsümünün sonunda Bastoni “nerazzurri” ilə İtaliya çempionluğunu və İtaliya Kubokunu qazanıb.

İdman.Biz