İtaliya A Seriyası mövsümünün 38-ci turunda “Fiorentina” və “Atalanta” arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, matç Florensiyadakı “Artemio Françi” stadionunda oynanılıb və 1:1 hesabı ilə bitib.
Ev sahibi komandanın hücumçusu Roberto Pikkoli ilk hissənin sonlarında hesabı açıb. 82-ci dəqiqədə “Fiorentina”nın müdafiəçisi Pietro Komuzzo öz qapısına qol vurub.
A Seriyasında 38 oyundan sonra “Atalanta” 59 xalla mövsümü yeddinci yerdə başa vurub. “Fiorentina” 42 xalla 14-cü yerdədir.
