Türkiyə Kuboku uğrunda final matçı keçirilib.
İdman.Biz bildirir ki, finalda “Trabzonspor”la “Konyaspor” qarşılaşıblar.
Matç 2:1 hesabı ilə “Trabzonspor”un xeyrinə qurtarıb.
Qaliblərdən qolları Pol Onuaçu (18, 79), məğlublardan isə Cekson Muleka (50) vurublar.
Beləliklə, “Trabzonspor” Türkiyə Kubokunun qalibi olub. Klub 10-cu dəfə bu titula yiyələnib.
