“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu “Forbes” jurnalının dünyanın ən çox qazanan idmançıları siyahısına son 11 ildə altıncı dəfə başçılıq edib.
İdman.Biz xəbər verir ki, 2026-cı ildə Ronaldunun ümumi qazancı 300 milyon dollar olaraq qiymətləndirilir.
Portuqaliyalı futbolçu əvvəllər 2016 (88 milyon dollar), 2017 (93 milyon dollar), 2023 (136 milyon dollar), 2024 (260 milyon dollar) və 2025-də (275 milyon dollar) siyahıya başçılıq edib.
“Forbes” jurnalına görə 2026-cı ilin ən çox qazanan 10 idmançısı:
Kriştianu Ronaldu (futbol) – 300 milyon dollar.
Saul Alvares (boks) – 170 milyon dollar.
Lionel Messi (futbol) – 140 milyon dollar.
Lebron Ceyms (basketbol) – 137,8 milyon dollar.
Söhey Otani (beysbol) – 127,6 milyon dollar.
Stiven Karri (basketbol) – 124,7 milyon dollar.
Con Ram (qolf) – 107 milyon dollar.
Kərim Benzema (futbol) – 104 milyon dollar.
Kevin Dürant (basketbol) – 103,8 milyon dollar.
Lyuis Hemilton (avtoidman) – 100 milyon dollar.
