“Lans” tarixində ilk dəfə Fransa Kubokunun qalibi olub - VİDEO

23 May 2026 01:15
172
“Lans” tarixində ilk dəfə Fransa Kubokunun qalibi olub

“Lans” və “Nitsa” arasında keçirilən Fransa Kubokunun final oyunu başa çatıb. Görüş Sen-Denidəki “Stad de Frans” stadionunda baş tutub.

İdman.Biz bildirir ki, “Lans” oyunu 3:1 hesabı ilə qazanıb.

Hesabı 25-ci dəqiqədə Florian Toven açıb. 42-ci dəqiqədə Odsonn Eduar “Lans”ın üstünlüyünü artırıb. 45+3-də Cibril Kulibali hesab arasındakı fərqi azaldıb. 78-ci dəqiqədə Abdalla Sima yekun hesabı müəyyənləşdirib.

Bu, “Lans”ın tarixində qazanılan ilk Fransa Kubokudur. Komanda tarixi boyunca üç dəfə bu turnirin finalında oynayıb.

İdman.Biz