“Barselona”nın bazasında “Monako” dueti: Pol Poqba və Ansu Fati məşqdə - FOTO

29 Mart 2026 15:40
102
“Barselona”nın bazasında “Monako” dueti: Pol Poqba və Ansu Fati məşqdə - FOTO

“Barselona” futbol klubunun məşq mərkəzi olan “Ciutat Esportiva Joan Qamper”də gözlənilməz qonaqlar peyda olub. Hazırda “Monako”da çıxış edən Pol Poqba və Ansu Fati beynəlxalq fasilə zamanı öz formalarını qorumaq üçün kataloniyalıların bazasından yararlanıblar.

İdman.Biz “Mundo Deportivo” nəşrinə istinadla xəbər verir ki, hər iki futbolçu öz milli komandalarına dəvət almadıqları üçün fərdi hazırlıq keçmək qərarına gəliblər. Məşq zamanı diqqəti çəkən bəzi maraqlı detallar isə sosial şəbəkələrdə geniş müzakirə olunub.

Ansu Fati məşq meydançasına “Barselona”da çıxış etdiyi dövrlərdən qalan 10 nömrəli şortu ilə çıxıb. Maraqlıdır ki, kataloniyalıların 10 nömrəli forması hazırda Lamin Yamala məxsusdur. Pol Poqba isə daha böyük təəccüb doğuraraq Argentina milli komandasının formasında məşq edib.

Dopinq cəzasından sonra böyük futbola qayıtmağa hazırlaşan Poqba və zədədən sonra əvvəlki formasını bərpa etməyə çalışan Fati üçün bu məşqlər kritik əhəmiyyət kəsb edir. “Monako”nun hər iki ulduzu aprel ayında başlayacaq Fransa çempionatının həlledici oyunlarına tam hazır vəziyyətdə çıxmaq niyyətindədir.

İdman.Biz