Totti A seriasının ən yaxşı gənc futbolçusunu seçdi

28 Mart 2026 10:01
130
Totti A seriasının ən yaxşı gənc futbolçusunu seçdi

İtaliya futbolunun əfsanələrindən olan Françesko Totti futbol üzrə İtaliya milli çempionatında olan ən yaxşı gənc oyunçunun adını açıqlayıb.

İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Keçmiş "Roma" futbolçusu bildirib ki, hazırda “Komo” komandası bir çox klublardan daha çox diqqət çəkir.

Onun sözlərinə görə, gənc və ambisiyalı heyətə malik olan komanda uğurlu çıxışı ilə mövsümün sürprizinə çevrilib.

Totti vurğulayıb ki, hazırda Komo futbolçusu Niko Pas Seriya A-da ən güclü gənc futbolçudur.

İdman.Biz
Məqalədə: