İspaniyalı ulduz futbolçu Rodri verdiyi son müsahibədə “Real Madrid”ə keçəcəyinə dair aydın mesajlar verib.
İdman.Biz xəbər verir ki, Rodri La Liqaya qayıtmaq arzusunda olduğunu gizlətməyib.
“Santyaqo Bernabeu”da oynamaq inanılmazdır, ora rəqiblər üçün çox qorxulu bir yerdir. Mən La Liqaya qayıtmaq istərdim. “Atletiko”da oynamağım mənim “Real Madrid”də çıxış etməyimə mane olmur. Dünyanın ən yaxşı klublarının təkliflərindən imtina edə bilməzsiniz. Düşünürəm ki, insanlar mənimlə Vinisiusu üz-üzə qoymağa çalışırdılar, lakin belə bir şey yoxdur. Mən ona böyük hörmət bəsləyirəm, xüsusən də ötən il etdiklərinə görə. “Qızıl Top”u kimin alacağına biz yox, başqa insanlar qərar verir”, - deyə Rodri bildirib.
