“Neftçi”nin fransalı yarımmüdafiəçisi: “Azarkeşlərimizə minnətdaram”

25 Mart 2026 14:18
119
“Neftçi”nin fransalı yarımmüdafiəçisi: “Azarkeşlərimizə minnətdaram”

“Neftçi”nin fransalı yarımmüdafiəçisi İmad Faraj azarkeşlərə təşəkkür edib.

O bildirib ki, komandanı qarşıda çətin oyunlar gözləyir.

“Dördüncü yerdən cəmi 5 xal geri qalırıq. Qarşıda “Sumqayıt”, “Zirə” və “Araz-Naxçıvan”a qarşı ağır matçlarımız var. Hər üç oyunda qalibiyyətə ehtiyacımız olacaq. İnanıram ki, bunu bacarsaq, avrokuboklara vəsiqə şansımız daha da artacaq”, - deyə o, qol.az-a açıqlamasında bildirib.

Futbolçu azarkeşlərin dəstəyini xüsusi vurğulayıb:

“Azarkeşlərimizə minnətdaram. Hava şəraitindən və məsafədən asılı olmayaraq daim yanımızdadırlar. Biz də onları sevindirmək üçün əlimizdən gələni edirik. İnanıram ki, qarşıdakı matçlarda da inamlı çıxışımızı davam etdirəcəyik”.

İdman.Biz