Misli Premyer Liqasında 2025/2026 mövsümünün ən erkən qollarından biri vurulub.
İdman.Biz Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 31-ci turun “Neftçi” - “Şamaxı” matçında (3:0) hesabı açan Emin Mahmudov birinci dəqiqədə fərqlənib.
Bu, mövsümdə ilk dəqiqəyə təsadüf edən ikinci qoldur. Hesabın belə erkən açılması ilk dəfə ikinci turda qeydə alınıb. 2025-ci il avqustun 24-də Coy Lens Mikels birinci dəqiqədə topu rəqib qapısından keçirib. Emin kimi almaniyalı futbolçu da “Şamaxı” ilə görüşdə (2:1) fərqlənib. Çempionatın bombardiri səfər görüşündə buna nail olub.
