“Bütün “Turan” azarkeşlərini təbrik edirəm. 32 illik həsrətdən sonra avrokuboklardayıq”.
İdman.Biz xəbər verir ki, bunu “Turan Tovuz” klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.
“Şəhərimizə yeni bir sevinc, yeni bir həyəcan gəldi. Bu gün biz futbol festivalını yaşadıq. İlk başda baş məşqçimizə, futbolçularımıza, ən çox da azarkeşlərimizə minnətdaram. Onları bu il çox üzdük. İnanıram ki, belə xoş nəticəylə sevinclərinə səbəbiyyət verərik. Azarkeşlərə daha bir xoş xəbərimiz var: əlimizdən gələn hər şeyi edirik ki, avrokubok oyununu Tovuz şəhərində keçirək. Azarkeşlərin mövsümün müəyyən hissəsində komandadan uzaq qalmasının əvəzinə onlara avrokubok matçını hədiyyə etmək istəyirik. Bütün “Turan”çıların gözü aydın oldun. Xüsusən də bölgədə - Ağstafa, Qazax, Gədəbəy, Şəmkirdə yaşayanlardan dəstək istəyirik. “Turan” təkcə Tovuzun deyil, bütün Qərb bölgəsinin komandasıdır. Hər kəsi təbrik edirəm, bayramınız mübarək!”, - deyə o bildirib.
Qeyd edək ki, “Turan Tovuz” “Karvan-Yevlax” üzərində 1:0 hesablı qələbə qazanıb.
