41 minlik futbol marağı: Kubokda yeni rekord

11 May 2026 12:25
141
41 minlik futbol marağı: Kubokda yeni rekord

Futbol üzrə Bizon Azərbaycan Kubokunun 2025/2026 mövsümünün baş tutan 38 oyununu 41 min 895 tamaşaçı izləyib.

İdman.Biz Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, son 10 mövsümdə ən yüksək göstəricidir.

Orta göstərici isə 1102-yə bərabərdir. Bu, indiki formatda - bütün klubların qatıldığı, təsnifat mərhələlərinin təşkil olunduğu və 39 matçdan ibarət mövsümlər üçün rekord göstəricidir. Bu formata ardıcıl 3-cü dəfə üstünlük verilir.

Azərbaycan Kuboku 18-ci dəfə PFL-in bayrağı altında təşkil olunub. 2008-ci ildən indiyədək olan dövrdə 465 matç təşkil olunub. Onlardan biri baş tutmayıb, biri yarımçıq dayandırılıb.

Bu qarşılaşmaları 695 min 272 tamaşaçı izləyib. Finaldan sonra bu rəqəm 700 mini keçə bilər.

Tamaşaçısız keçirilən 2020/21 mövsümünün qarşılaşmaları və baş tutmayan matç nəzərə alınmamaqla orta göstərici 1555-ə bərabər olub.

Orta tamaşaçı sayında 2010/11 mövsümü rekordla əlamətdar olub – 3369.

mövsüm

oyun

tamaşaçı

orta

2008/2009

33

39250

1189

2009/2010

37

72300

1954

2010/2011

27

90950

3369

2011/2012

26*

41100

1581

2012/2013

26

55950

2152

2013/2014

25

68050

2722

2014/2015

23**

22350

1016

2015/2016

24

54246

2260

2016/2017

23

39700

1726

2017/2018

23

25456

1107

2018/2019

17

21400

1259

2019/2020

12

6130

511

2020/2021

17

-

-

2021/2022

17

16880

993

2022/2023

19

31980

1683

2023/2024

39

33842

868

2024/2025

39

33793

866

2025/2026

38

41895

1102

465

695272

1555

* - yarımçıq dayandırılan “İnter” – “Turan” oyunu və tamaşaçı sayı nəzərə alınıb.

** - Baş tutmayan “Xəzər Lənkəran” – “Araz-Naxçıvan” matçı, həmçinin tamaşaçısız keçirilən mövsümün görüşləri oyun sayında nəzərə alınıb, orta göstəricilərdə hesablanmayıb.

İdman.Biz