“Turan Tovuz”un futbolçusu üçün yubiley matçı

11 May 2026 14:19
111
“Turan Tovuz”un futbolçusu üçün yubiley matçı

Misli Premyer Liqasının 31-ci turu Rəhim Sadixov üçün yubileylə əlamətdar olub.

İdman.Biz Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Turan Tovuz”un yarımmüdafiəçisi turnirdə 200-cü matçına çıxıb.

“Karvan-Yevlax”la qarşılaşmanı (1:0) əvəz olunmadan keçirən Rəhim 200 oyunda 31 qola imza atıb.

Debütü 2019/2020 mövsümünə təsadüf edən yarımmüdafiəçi üç klubun formasını geyinib. O, “Sumqayıt”da 82 (17 qol), “Zirə”də 70 (10 qol), “Turan Tovuz”da 48 (4 qol) görüşə çıxıb.

İdman.Biz