“Arsenal”ın hücumçusu erotik kontentə milyonlarla dollar xərcləyib

25 Mart 2026 10:03
109
“Arsenal”ın hücumçusu erotik kontentə milyonlarla dollar xərcləyib

“Arsenal” futbol klubunun isveçli hücumçusu Viktor Dyokereş erotik kontent yaradıcısı Sofi Reynə milyon dollar pul ödəyib.

İdman.Biz xəbər verir ki, bu barədə Sofi Reyn podkastların birində açıqlama verib.

Qızın sözlərinə görə, futbolçu ödənişli kontentə görə onun hesabına 4,5 milyon dollar köçürüb.

Bununla belə, Dyokereş məlumatı şərh etməyib. İsveçli futbolçunun “topçular”la müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub. O, London klubuna keçməzdən əvvəl sevgilisi ilə ayrılıb.

“Transfermarkt” portalı hücumçunun dəyərini 60 milyon avro qiymətləndirir.

İdman.Biz