PSJ-dən “Barselona”ya tarixi təklif

24 Mart 2026 17:15
94
PSJ-dən “Barselona”ya tarixi təklif

Futbol dünyasının ən parlaq gənc istedadlarından olan Lamin Yamal PSJ-nin diqqət mərkəzindədir. Çıxışı ilə artıq “Qızıl top”a namizəd olan 18 yaşlı ispan vunderkindin transferi üçün Paris klubu hərəkətə keçib.

İdman.Biz xəbər verir ki, PSJ “Barselona”ya düz 350 milyon avro (699.4 milyon AZN) dəyərində təklif göndərməyə hazırlaşır. Paris təmsilçisinin rəhbərliyi 150-dən çox rəsmi matçda iştirak edən Yamalı yeni idman layihəsinin əsas fiquru kimi görür.

“Barselona” ciddi maliyyə sıxıntıları yaşasa da, baş məşqçi Hansi Flikin layihəsinin əsas parçası olan Yamalı satmaq istəmir. Əvvəllər PSJ-nin daha kiçik məbləğli təklifini rədd edən Kataloniya təmsilçisinin bu qədər böyük məbləğ qarşısında necə qərar verəcəyi maraq doğurur.

Digər tərəfdən, “Barselona”nın hücum xəttində başqa problemləri də var. Mütəxəssislər Robert Levandovskinin gedişi ehtimalı fonunda mərkəz hücumçusu çatışmazlığına diqqət çəkir və Ferran Torresin bu boşluğu doldurmaq iqtidarında olmadığını bildirirlər.

İdman.Biz